Moskvada 41 yaşlı qadın 15-ci övladını dünyaya gətirib

1 Min Read

Şəhər Səhiyyə Departamentinin yaydığı məlumata görə, Moskvada yaşayan 41 yaşlı qadın 15-ci dəfə ana olub.

Açıqlamada qeyd olunur:

“Avqust ayında Vera adlı qız uşağı dünyaya gəldi. O, Nadejda və İvan Roqovların 15-ci övladıdır. Cütlüyün hazırda on qızı və beş oğlu var.”

Ana olmağın sirrindən danışan Nadejda bildirib:

“Tanrı sizə övladlar göndərir və onlar gələndə Allah sizə daha çox güc və paylaşmaq üçün sevgi verir. Düşünürəm ki, əsas məsələ həyatı olduğu kimi qəbul etmək, bir-birinizi sevmək və dəstəkləməkdir və hər şey yoluna düşəcək.”

Məlumata əsasən, Nadejda cütlüyün 15 uşağının hamısını özü dünyaya gətirib, əri İvan isə doğum prosesində hər zaman onun yanında olub.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş