Zelenski: “ABŞ raketlərinin 10%-ni satsa, Rusiyanın bütün ballistik raketlərini məhv edərik”

1 Min Read
Ukrayna Prezidenti Volodimir Zelenski CNN-ə müsahibəsində ölkəsinin hava hücumundan müdafiə sistemlərində yaranan ciddi raket qıtlığından danışıb. UNIAN-ın məlumatına görə, dövlət başçısı Ukraynanın bu il 2025-ci ildəkindən 2,5 dəfə az tutucu raket aldığını, Rusiyanın isə aylıq ballistik raket istehsalını iki dəfə artırdığını bildirib.
Zelenski ABŞ-dən raket tədarükünün artırılmasını tələb etdiklərini vurğulayıb: “Bu il amerikalı tərəfdaşlarımdan inventarlarındakı raketlərin 5%-ni bizə satmağı xahiş edirəm, bu, qışdan sağ çıxmağımıza imkan verər. Əgər onlar 10%-ni satsalar, Rusiyanın bütün ballistik raketlərini məhv edə bilərik. Lakin hazırkı cavab odur ki, bizə yalnız 1%-ni satacaqlar”.
Ukrayna lideri vaxtının böyük hissəsini müttəfiqlərlə pərdəarxası danışıqlara ayırdığını qeyd edib: “Nəyisə raketlərlə dəyişməyə çalışıram. Bəzi addımlar atıram ki, onlar barədə açıq danışa bilmərəm. Bu, həmin fəaliyyətlərin qanunsuz olması demək deyil, sadəcə açıqlanması hələlik mümkün deyil”.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş