Gürcüstanın Baş naziri İrakli Kobaxidze İosif Əlibegaşvilini Samtsxe-Cavaxeti bölgəsinin yeni dövlət komissarı və qubernatoru təyin edib. Qeyd edək ki, bu kadr qərarı bölgənin əvvəlki qubernatoru Zaal Gelaşvilinin 57 yaşında vəfat etməsindən sonra verilib.
Əlibegaşvili bu təyinata qədər Kvemo Kartli bölgəsinin qubernator müavini vəzifəsində çalışıb. Təyinat Gürcüstan hökumətinin regional idarəetmədə planlaşdırdığı genişmiqyaslı islahatlar fonunda gerçəkləşib. İslahat çərçivəsində Regional İnkişaf və İnfrastruktur Nazirliyinin ləğv edilərək yerində Regional Siyasət üzrə Dövlət Nazirliyinin yaradılması nəzərdə tutulur.
İzmedia.az
![]()

