Britaniya hökuməti İsrailin Baş naziri Binyamin Netanyahunun müsahibəsində Birləşmiş Krallığı “İslam respublikası” adlandırmasını “tamamilə qəbuledilməz” hesab edib. Birləşmiş Krallıq hökumətinin sözçüsü bu şərhlərin qəbulolunmaz olduğunu və rəsmi Londonun öz mövqeyini İsrail tərəfinə çatdırdığını bildirib.
İsrail hökumətinin sözçüsü David Menser isə BBC-yə müsahibəsində Netanyahunun dediklərini yumşaltmağa çalışaraq, Baş nazirin sadəcə ABŞ vitse-prezidenti J.D. Vensin əvvəllər səsləndirdiyi oxşar fikirləri sitat gətirdiyini iddia edib.
İzmedia.az
![]()

