Çində yeni “Volkswagen ID.Era 5S” sedanının satışlarına başlanılıb

1 Min Read
Çindəki “Volkswagen” dilerləri SAIC-Volkswagen birgə müəssisəsi tərəfindən istehsal olunan yeni “ID.Era 5S” orta ölçülü sedanı üçün sifariş qəbuluna başlayıblar. Avtomobil qoşula bilən batareya dəstəyinə (PHEV) malik benzin-elektrik güc aqreqatı ilə təchiz olunub.
Drom.ru-nun məlumatına görə, model 1,5 litrlik benzin mühərriki (107 a.g.) və elektrik mühərrikindən (174 a.g.) ibarət hibrid sistemlə təmin edilib. 19,1 kVt/saatlıq batareyası sayəsində avtomobil yalnız elektrik enerjisi ilə 160 km məsafə qət edə bilir və 100 km-ə 4,2 litr yanacaq işlədir. Qiyməti 115 900 yuandan başlayan modelin müştərilərə çatdırılmasına avqustun 21-dən başlanacaq.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş