Elektrikli “X1” təyyarəsi ilk uğurlu uçuşunu həyata keçirib

1 Min Read
İsveçin “Heart Aerospace” şirkətinin hazırladığı eksperimental “X1” elektrik təyyarəsi Nyu-Yorkdakı Plattsburq Beynəlxalq Hava Limanından havaya qalxaraq ilk test uçuşunu uğurla tamamlayıb. Pilotlu təyyarə 335 metr yüksəklikdə təxminən 27 dəqiqə havada qalıb.
“Naked Science”in məlumatına görə, qanad açılımı 32 metr, çəkisi isə 11,3 tondan çox olan təyyarənin mühərriki 1 meqavatdan çox enerji istehsal edib. Bütün missiya boyunca cəmi 5 dollarlıq elektrik enerjisi sərf olunub. Şirkətin baş direktoru Anders Forslund bu uçuşla kommersiya miqyaslı elektrik təyyarələrinin reallığını nümayiş etdirdiklərini bildirib.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş