ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda tərəfdarları qarşısında çıxışı zamanı Hörmüz boğazı və Yaxın Şərqdəki vəziyyətlə bağlı diqqətçəkən bəyanatlar verib.
O, Iranla münaqişə başa çatdıqdan sonra strateji dəniz dəhlizi olan Hörmüz boğazını ABŞ ərazisi elan etməyi planlaşdırdığını bildirib:
“İranı tamamilə məğlub etdikdən sonra tezliklə Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyəm”, — deyə Tramp vurğulayıb.
Çıxışı zamanı ABŞ prezidenti aşağıdakı mühüm məqamlara da toxunub:
-
Benzin qiymətləri: Tramp amerikalıların benzin üçün “bir az əlavə” pul ödəməli olmasına görə üzr istəməyəcəyini deyib. O, bunu İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün görülən vacib tədbirlərin nəticəsi kimi qiymətləndirib və “Mən düzgün iş gördüm. Çox pis bir ölkənin nüvə silahı ola bilməz” ifadələrini işlədib.
-
Hərbi gəmilərdəki vəziyyət: Tramp həmçinin Yaxın Şərqdə uzun müddətdir tapşırıq icra edən “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisindəki hərbçilərin ailə üzvlərinin narahatlığına toxunaraq, donanmanın bölgədəki fəaliyyətini müdafiə edib.
İran tərəfi isə Trampın bəyanatlarına kəskin reaksiya verərək, Hörmüz boğazının İranın nəzarətində qaldığını və bu statusun dəyişməyəcəyini bildirib.
İzmedia.az
![]()

