ABŞ-ın Türkiyədəki səfiri və Prezident Donald Trampın Suriya və İraq üzrə xüsusi nümayəndəsi Tomas Barak İsrailin Suriyadakı Əbu əl-Duhur hərbi hava bazasına endirdiyi hava zərbələrini kəskin pisləyib.
Diplomat bildirib ki, Türkiyə sərhədindən cəmi 70 kilometr məsafədə yerləşən bazanın vurulması regional sabitliyə töhfə verməyən lüzumsuz eskalasiyadır və Vaşinqtonda dərin narahatlıq doğurur.
Tomas Barakın sözlərinə görə, Əl-Şarra hökuməti təcavüzkar mövqe tutmayıb, proksi qüvvələri dəstəkləməyib və İsrail ilə gərginliyin azaldılmasına hazır olduğunu dəfələrlə bəyan edib.
ABŞ rəsmisi vurğulayıb ki, Vaşinqton tərəfləri fiziki qarşıdurma əvəzinə diplomatik dialoqa sövq etmək üçün danışıqları davam etdirəcək. O, bütün tərəfləri hərbi insidentlərdən çəkinməyə və məntiqi dialoqa üstünlük verməyə çağırıb.
İzmedia.az
![]()

