Aİ-nin 4 ölkəsi də biometrik olmayan Rusiya pasportlarını tanımayacaq

1 Min Read

Avropa İttifaqının (Aİ) daha dörd ölkəsi — Belçika, Lüksemburq, Niderland və İsveç biometrik göstəriciləri olmayan Rusiya pasportlarını tanımağı dayandırır.

“Deutsche Welle”nin Aİ Miqrasiya və Daxili İşlər İdarəsinə istinadən verdiyi məlumata görə, yeni məhdudiyyətlər oktyabrın 1-dən qüvvəyə minəcək. İsveç hakimiyyəti Şengen zonası üzrə etibarlı vizası və ya yaşayış icazəsi olan şəxslərə istisna tətbiq etsə də, Benilüks ölkələri (Belçika, Lüksemburq, Niderland) biometrik olmayan sənədlərlə ölkəyə girişi tamamilə qadağan edəcək.

Beləliklə, biometrik olmayan Rusiya pasportlarını tanımayan Avropa ölkələrinin sayı 15-ə çatır. Bundan əvvəl Fransa, Almaniya, Finlandiya, Estoniya, Latviya, Litva, Polşa, Çexiya, Rumıniya, Danimarka və İslandiya bənzər qərar qəbul edib.

Qərara səbəb kimi biometrik olmayan pasportların saxtalaşdırılması riski və Rusiya kəşfiyyatının fəaliyyəti fonunda şəxsiyyətin etibarlı şəkildə dəqiqləşdirilməsinin çətinliyi gösterilir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş