Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Estoniya ilə həmsərhəd olan Leninqrad vilayətinin Kinqisepp və Slantsı rayonlarında komendant saatı və hərəkət məhdudiyyətləri tətbiq edib. Qərar sentyabrın 26-dək qüvvədə olacaq.
FSB-dən bildirilib ki, bu tədbirlər sərhəd pozuntularının, qanunsuz miqrasiyanın qarşısını almaq və Çud gölünün biologiya resurslarını qorumaq məqsədi daşıyır. Məhdudiyyətlər çərçivəsində xüsusi icazə olmadan odlu silah gəzdirmək, ov etmək qadağan edilib və Narva çayında gəmilərin hərəkəti məhdudlaşdırılıb.
Estoniya Sərhəd Mühafizə Xidmətinin nümayəndəsi Andris Viltsin Tallinin məhdudiyyətlərdən əvvəlcədən xəbərdar olduğunu, hazırda şərq sərhədindəki vəziyyətin diqqətlə izlənildiyini bəyan edib.
Məhdudiyyətlərin tətbiq edildiyi vaxtda sərhəd pozuntusu da qeydə alınıb. İordaniya vətəndaşı olan bir şəxs Narva çayı üzərindəki nəzarət-buraxılış məntəqəsini qanunsuz keçərək Estoniya ərazisinə daxil olub. O, Estoniya sərhədçiləri tərəfindən saxlanılaraq müvəqqəti saxlanma təcridxanasına yerləşdirilib.
İzmedia.az
![]()

