Moskva: Ukraynaya daha uzun atəşkəsin verilməsi ehtimalı azdır

1 Min Read

Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bildirib ki, Moskvanın Ukraynaya daha uzun müddətli atəşkəs verməsi ehtimalı azdır.

Miroşnikin sözlərinə görə, “Ukraynanın yenidən qruplaşmaq, istehkamlar qurmaq, hərbi potensialını artırmaq və yeni eskalasiyaya başlamaq üçün daha uzun fasilədən istifadə etməsinə imkan vermək Rusiyanın maraqlarına uyğun deyil”.

O əlavə edib: “İndi, bir gün yarım ərzində onlar heç nə əldə edə bilməyəcəklər. Amma biz heç olmasa insanların ən vacib xristian bayramını normal şəkildə qeyd edə bilməsi üçün şərait yaratmağa çalışacağıq”.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş