Rusiya Prezidenti Vladimir Putin Strateji İnkişaf və Milli Layihələr üzrə Şuranın iclasında Ukrayna Silahlı Qüvvələrinin Rusiyadakı sənaye və infrastruktur obyektlərinə endirdiyi zərbələrə münasibət bildirib.
“TASS” agentliyinin məlumatına görə, dövlət başçısı iqtisadi artım tempinə xarici təzyiqlər və infrastruktura hücumlar da daxil olmaqla bir sıradan amillərin təsir etdiyini qeyd edib. Putin vurğulayıb ki, bu cür hücumlar iqtisadiyyata müəyyən ziyan vursa da, onların ölkə üçün heç bir kritik nəticəsi olmayıb və ola da bilməz.
Qeyd edək ki, son dövrlərdə Ukrayna PUA-larının Rusiyanın müxtəlif vilayətlərində yerləşən enerjidaşıyıcı və sənaye obyektlərinə hücumları intensivləşib.
İzmedia.az
![]()

