Aİ Ukraynanın “Drujba” kəməri ilə bağlı qərarını “müəmma” adlandırıb

1 Min Read

“Euractiv”ın mənbələrə istinadən yaydığı məlumata görə, Avropa İttifaqı Ukraynanın zədələnmiş Drujba neft kəməri ilə bağlı yoxlamanı dayandırmaq qərarını “müəmma” kimi qiymətləndirib.

Aİ diplomatlarından biri bildirib ki, “Ukraynanın burada hansı oyunu oynadığını dəqiq başa düşmürük”. Digər diplomatlar isə Kiyevin bu addımını “kifayət qədər ağıllı deyil” və “aydın olmayan” qərar kimi dəyərləndiriblər.

Məlumata görə, Avropa Komissiyası tərəfindən koordinasiya olunan missiya artıq bir neçə həftədir Ukraynadadır və boru kəmərinin yoxlanılması üçün icazə gözləyir. Diplomatlar hesab edir ki, “Drujba” kəmərinin yenidən fəaliyyətə başlaması bütün tərəflər üçün faydalı ola bilər.

Xatırladaq ki, Ukrayna yanvarın 27-də Rusiya neftinin Slovakiya və Macarıstana tranzitini dayandırıb. Bunun ardınca Slovakiya hökuməti fövqəladə vəziyyət elan edib. Martın 28-də Slovakiyanın baş naziri Robert Fico bildirib ki, əgər neft tədarükü bərpa olunmasa, ölkəsi Rusiyaya qarşı yeni Aİ sanksiyalarını bloklaya bilər.

Qeyd edək ki, martın 19-da Avropa Komissiyası boru kəmərinin vəziyyətini qiymətləndirmək üçün Ukraynaya missiya göndərsə də, Macarıstan və Slovakiyadan olan mütəxəssislərin bu prosesdə iştirakına icazə verilməyib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş