Rusiya Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi elçisi, həmçinin Rusiya Birbaşa İnvestisiya Fondunun baş direktoru Kirill Dmitriyev Böyük Britaniyanın Baş naziri Keyr Starmeri istefaya çağırıb və bunu ölkə üçün ən yaxşı seçim kimi qiymətləndirib.
O, X sosial şəbəkəsində yazıb: “Starmerə və Böyük Britaniyaya kömək edə biləcək yalnız bir ‘variant’ var: ‘İstefa’”. Dmitriyev bu fikirləri Starmerin çıxışlarının sızdırılmış qaralama versiyaları ilə bağlı paylaşımı şərh edərkən səsləndirib. Həmin paylaşımda Böyük Britaniyanın ABŞ-dakı keçmiş səfiri Piter Mandelsonla bağlı qalmaqala görə müxtəlif üzr variantları yer alıb.
Qeyd edək ki, Mandelson 2025-ci ilin fevralında Böyük Britaniyanın ABŞ-dakı səfiri təyin olunub. O, amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqələri barədə yeni məlumatlar ortaya çıxdıqdan sonra 2025-ci ilin sentyabrında vəzifəsindən uzaqlaşdırılıb. Starmer isə uzun müddətdir hakim Leyborist Partiyasının nüfuzlu üzvlərindən biri hesab edilən Mandelsonu Vaşinqtondakı diplomatik missiyanın rəhbəri təyin etdiyinə görə dəfələrlə üzr istəyib.
İzmedia.az
![]()

