Ankara Netanyahunun bəyanatlarına sert cavab verdi: “Türkiyə bölgədəki hiylələri puç etməyə qadirdir”

1 Min Read
Türkiyə Prezident Administrasiyası İsrailin Baş naziri Binyamin Netanyahunun Türkiyə və Suriyaya ünvanladığı təhdid xarakterli bəyanatlarına reaksiyasını bildirib. Yerli medianın məlumatına görə, Ankara Netanyahunun iddialarını onun beynəlxalq təcridinin, siyasi qorxularının və uğursuzluğunun göstəricisi kimi qiymətləndirib.
Açıqlamada Türkiyənin Netanyahunun regionda qeyri-sabitlik yaradan fəaliyyətlərinə qarşı çıxmaqda və dinc siyasət yürüdən dövlətləri dəstəkləməkdə qərarlı olduğu vurğulanıb. Bildirilib ki, Ankara sülh və sabitliyi pozan bu cür addımların qarşısını almaq üçün böyük təcrübəyə və beynəlxalq nüzufa malikdir.
Məsələyə münasibət bildirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə qeyd edib ki, ölkənin dinc xarici siyasəti öz siyasi gələcəyi naminə bölgəni gərginliyə sürükləyən prinsipsiz şəxslərin oyunlarını pozacaq.
Xatırladaq ki, Binyamin Netanyahu bundan əvvəl “Türkiyənin Suriyadakı hərbi mövcudluğuna dözməyəcəyik” ifadəsi ilə çıxış etmişdi.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş