ABŞ Prezidenti Donald Tramp İrana qarşı bu günə qədər müşahidə olunmamış genişmiqyaslı iqtisadi müharibə və təcrid əməliyyatına start verdiyini elan edib.
ABŞ lideri vurğulayıb ki, Vaşinqton Tehrana razılaşma əldə etmək üçün böyük fürsət versə də, İran tərəfi bundan istifadə etməyib. Bunun fonunda elan edilən addımlar indiyədək heç bir ölkəyə qarşı tətbiq olunmayan ən dağıdıcı iqtisadi sanksiya və təzyiq paketini əhatə edəcək.
Tramp bildirib ki, münaqişə nəticəsində İranın hərbi dəniz və hava qüvvələri, hərbi zavodları, eləcə də milli valyutası və iqtisadiyyatı sıradan çıxarılıb. ABŞ Prezidenti, həmçinin İrana maliyyə, ticarət və ya logistik dəstək göstərən hər bir üçüncü ölkəni kəskin iqtisadi nəticələrlə hədələyib. O, neft qaçaqmalçılığı, valyuta mübadilələri, saxta şirkətlər və gəmi qeydiyyatları daxil olmaqla bütün dolayı dəstək kanallarının dərhal dayandırılmasını tələb edib.
Bu addımı “İqtisadi D-Günü” adlandıran Donald Tramp müttəfiqləri Tehrana qarşı birgə hərəkət etməyə çağırıb və İranın heç vaxt nüvə silahına sahib olmasına icazə verilməyəcəyini bir daha təkrar edib.
İzmedia.az
![]()

