ÜST Yaxın Şərqdə mümkün nüvə hadisəsinə hazırlıq barədə hesabat yayıb

1 Min Read

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Şərqi Aralıq dənizi üzrə regional direktoru Hanan Balx martın 18-də bildirib ki, Yaxın Şərqdə davam edən münaqişə fonunda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) nüvə silahından istifadəyə və ya nüvə obyektinə hücuma hazırlaşır.

“Ən pis ssenari nüvə hadisəsi olardı və bizi ən çox narahat edən də budur”, – deyə o, “Politico”ya verdiyi müsahibədə bildirib.

Balx qeyd edib ki, təşkilatın mütəxəssisləri İranın nüvə obyektlərinə hücumların nəticələrini yaxından izləyir və regionda artan təhdidlər səbəbindən yüksək hazırlıq vəziyyətindədirlər. Onun sözlərinə görə, nüvə hadisəsi ən təhlükəli ssenaridir və həkimlər arasında böyük həyəcan yaradır. O, insan sağlamlığına və ətraf mühitə dəyən ziyanın miqyasının çox böyük olacağından belə bir fəlakətə tam hazır olmağın mümkün olmadığını vurğulayıb.

Balx əlavə edib ki, nüvə silahının faktiki istifadəsi və ya nüvə obyektinə ziyan dəyməsi halında nəticələr təkcə münaqişə zonasında deyil, həm də bütün dünyada (onilliklər ərzində) hiss olunacaq. Hazırda ÜST personalı radiasiya təhlükəsi şəraitində fəaliyyət göstərmək üçün təlim keçir. Təşkilatın rəhbərliyi ən pis ssenarinin qarşısının alınacağına ümid etdiyini bildirib.

“Biz bu barədə düşünürük və ümid edirik ki, bu baş verməyəcək”, – deyə Balx yekunlaşdırıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş