“Hyundai” şirkəti Cənubi Koreyada məşhur “Tucson” krossoverinin tamamilə yenilənmiş beşinci nəslini nümayiş etdirib. “Autocar” nəşrinin məlumatına görə, brendin en çox satılan orta ölçülü SUV modeli əvvəlki hamar xətlərindən imtina edərək daha künclü, iri həcmli və yolsuzluq xarakterli görünüşə yiyələnib.
Yenilənmiş model şirkətin yeni “Art of Steel” (“Polad Sənəti”) dizayn konsepsiyası əsasında hazırlanıb. Bu yanaşma ilk dəfə hidrogenlə işləyən yeni “Nexo” modelində tətbiq edilib. Yeni “Tucson”un əsas vizual vizit kartı isə ön və arxa hissələrdə kuzovu əhatə edən nazik üfüqi işıq zolağı və şaquli gündüz işıqlarından ibarət “H” formalı işıqlandırma elementləridir.
Avtomobilin bamperindəki iri qoruyucu zolaqlar, qabarıq təkər tağları və şaquli silueti ona daha dözümlü və mürəkkəb yol şəraitinə hazır imic qazandırır. “Toyota RAV4″ün əsas rəqiblərindən sayılan krossover ölçülərinin böyüməsi hesabına seqmentində daha iddialı mövqeyə yiyələnir.
“Hyundai” rəsmiləri yeni modelin texniki göstəriciləri və mühərrik seçimləri barədə təfərrüatları hələlik məfhi saxlayırlar.
İzmedia.az
![]()

