Şimali Koreya lideri Kim Çen In Pxenyanda Belarus prezidenti Aleksandr Lukaşenko ilə danışıqlar zamanı Minskə tam dəstəyini və onunla həmrəyliyini ifadə edib.
BelTA xəbər agentliyi onun sözlərini sitat gətirib:
“Biz ənənəvi dost ölkələrlə münasibətləri möhkəmləndirməyə davam edərkən sülhə və inkişafa nail olmaq üçün öz reallığına uyğun müstəqil siyasət yürütməyə çalışan Belarusa həmrəylik və tam dəstəyimizi bildiririk” .
Kim Çen In həmçinin Şimali Koreyanın “əsassız Qərb təzyiqinə” qarşı çıxdığını qeyd edib. O, “Biz Belarus rəhbərliyinin sosial-siyasi sabitliyin və iqtisadi inkişafın təşviqi üçün gördüyü tədbirləri dəstəkləyir və başa düşürük” deyib.
İzmedia.az
![]()

