Qətərin Baş naziri və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Tani misirli həmkarı ilə keçirdiyi mətbuat konfransında bildirib ki, Doha İranla müharibəyə və hərbi eskalasiyaya son qoyacaq davamlı razılaşma üçün Qahirə ilə əlaqələndirilmiş addımlar atmağa davam edəcək.
“Əl-Cəzirə”nin məlumatına görə, tərəflər ABŞ və İran arasında hərbi əməliyyatların başlamasından sonra Yaxın Şərqin son dərəcə mürəkkəb vəziyyətlə üzləşdiyini və bunun regional təhlükəsizlik üçün ağır fəsadlar törətdiyini vurğulayıblar.
Qətərin xarici işlər idarəsinin rəhbəri Hörmüz və Bab əl-Məndəb boğazlarında gəmilərin təhlükəsiz gediş-gəlişinin təmin edilməsinin vacibliyini qeyd edib. O, beynəlxalq gəmiçilik marşrutlarının siyasi şantaj vasitəsinə çevrilməsini qətiyyətlə pisləyib və dəniz naviqasiyasına mane olan hər bir tərəfi qınayıb.
İzmedia.az
![]()

