Bu gün Putinin “Kiyevi üç gündə ələ keçirməsi” planının üstündən düz dörd il keçib.
İzmedia.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelensky Rusiyanın Ukraynaya qarşı başlatdığı tammiqyaslı müharibənin dördüncü ildönümündə bildirib.
Zelenski vurğulayıb: “Bu, müqavimətimiz və Ukraynanın bütün bu müddət ərzində necə mübarizə apardığı haqqında çox şey deyir. Bu sözlərin arxasında milyonlarla xalqımız, böyük cəsarət, zəhmət və dözümlülük dayanır.”
O əlavə edib: “Müstəqilliyimizi müdafiə etdiyimizi, dövlətçiliyimizi itirmədiyimizi və Putinin məqsədlərinə çatmadığını deməyə tam haqqımız var. O, ukraynalıları sındırmadı, bu müharibədə qalib gəlmədi. Biz Ukraynanı qoruduq və sülhə, ədalətə nail olmaq üçün hər şeyi edəcəyik”.
İzmedia.az
![]()

