Avropa ölkələri İsrailin Qərb Şəriyyəsindəki yeni tikinti planını pisləyib

1 Min Read

Fransa, Almaniya, Böyük Britaniya və İtaliya İsrailin işğal olunmuş Qərb Şəriyyəsində “E1” layihəsi çərçivəsində yeni yaşayış binalarının tikintisinə dair tender elan etmək planlarını kəskin pisləyib. Reuters agentliyinin məlumatına görə, dörd ölkənin liderləri birgə bəyanat yayaraq İsrail hökumətinin bu qərarını “qəbuledilməz” adlandırıblar.
Sözügedən “E1” layihəsi Şərqi Qüds ilə Maale Adumim yaşayış məntəqəsi arasında yeni məhəllənin salınmasını nəzərdə tutur. Layihənin icrası İordan çayının Qərb Sahilinin şimal və cənub hissələrini bir-birindən ayıra biləcəyi üçün Fələstin rəhbərliyi və beynəlxalq aləm tərəfindən ciddi narahatlıqla qarşılanır.
1967-ci il müharibəsində İsrail tərəfindən nəzarətə götürülən bu ərazilərdə milyonlarla fələstinli ilə yanaşı yüz minlərlə israilli məskunlaşıb. BMT və dünya dövlətlərinin əksəriyyəti bu məskunlaşmanı beynəlxalq hüququn pozulması kimi dəyərləndirsə də, Rəsmi Təl-Əviv tarixi və dini amilləri əsas gətirərək bu iddiaları rədd edir.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş