Bayden şəxsi səs yazılarının yayılmaması üçün Ədliyyə Nazirliyini məhkəməyə verib

1 Min Read

ABŞ-ın keçmiş prezidenti Co Bayden böyük oğlunun xərçəngdən vəfatından sonra 2016–2017-ci illərdə xatirələrinin müəllifi ilə etdiyi söhbətlərin səs yazılarının yayımlanmasının qarşısını almaq məqsədilə ABŞ Ədliyyə Nazirliyinə qarşı məhkəmə iddiası qaldırıb.

İddia ərizəsində qeyd olunur: “İddiaçı Cozef Bayden məhkəmədən nazirliyin həmin materialları komitəyə təqdim etməsinin qeyri-müəyyən müddətə qadağan olunmasını xahiş edir”.

Keçmiş prezident Respublikaçıların nəzarətində olan Nümayəndələr Palatasının Məhkəmə Komitəsinin onun 2016 və 2017-ci illərdə xatirələrinin müəllifi ilə apardığı söhbətlərin səs yazılarını əldə etməsinə etiraz edir.

Baydenin sözlərinə görə, həmin səs yazıları kitab üzərində iş prosesinin tərkib hissəsi olub və burada şəxsi və həssas mövzular müzakirə edilib. O xatırladıb ki, 2015-ci ildə böyük oğlu Bo Bayden xərçəng xəstəliyindən vəfat edib və bu mövzu da söhbətlərin əsas hissələrindən biri olub.

İddia sənədində bildirilib ki, Ədliyyə Nazirliyi bu materialları 2023-cü ildə Baydenin məxfi sənədlərlə bağlı istintaqı çərçivəsində əldə edib. İstintaqın nəticələrinə əsasən, ona qarşı cinayət ittihamı irəli sürmək üçün hüquqi əsas müəyyən edilməyib.

Keçmiş prezident iddia edir ki, bu materialların yayımlanması şəxsi həyatın toxunulmazlığı prinsipini pozacaq. Baydenin sözlərinə görə, Ədliyyə Nazirliyi əvvəllər bu mövqeni dəstəkləsə də, Donald Tramp administrasiyası dövründə yanaşma dəyişib və fevral ayında qanunvericilərə iyunun 15-də səs yazıları və transkriptlərin açıqlanmasının planlaşdırıldığı barədə məlumat verilib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş