Yaponiyanın Şin-Kanuma stansiyasında relslərdən alaq otlarını təmizləyən dörd dəmir yolu işçisini ekspress qatar vurub. “Associated Press” agentliyinin məlumatına görə, qəza nəticəsində üç fəhlə və onların iş rəhbəri həyatını itirib.
Hadisə “Tobu Nikko” xəttində, “Spacia” ekspress qatarının stansiyaya daxil olduğu an baş verib. Relslərdə olan digər altı işçi və qatardakı təxminən 50 sərnişin xəsarət almayıb.
“Tobu Dəmir Yolu” şirkətindən bildirilib ki, işçilər herbisid çiləmə əməliyyatı yerinə yetirirmişlər. Təhlükəsizlik qaydalarına əsasən, növbətçi müşahidəçilər yaxınlaşan qatar barədə xəbərdarlıq etməlivə maşinistə bayraqla siqnal verməli idilər. İşçilərin vaxtında relslərdən uzaqlaşmamasının əsas səbəbi kimi rabitə xətası ehtimal olunur. Hadisə ilə bağlı istintaq aparılır.
İzmedia.az
![]()

