Rusiya Xarici İşlər Nazirliyi əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün təcili viza rəsmiləşdirilməsi üzrə konsulluq rüsumlarının ikiqat artırılmasını hökumətə təklif edib. “RİA Novosti”nin məlumatına görə, müvafiq qərar layihəsi rəsmi hüquqi informasiya portalında dərc olunub.
Qərar üç gün ərzində baxılan birdəfəlik, ikidəfəlik və çoxdəfəlik giriş vizalarına şamil ediləcək. Layihə təsdiqlənəcəyi təqdirdə:
-
Birdəfəlik təcili viza: 100 dollardan 200 dollara;
-
İkidəfəlik təcili viza: 160 dollardan 320 dollara;
-
Çoxdəfəlik təcili viza: 300 dollardan 600 dollara qaldırılacaq.
Sənəd hazırda müstəqil anti-korrupsiya ekspertizası mərhələsindədir.
İzmedia.az
![]()

