Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna xalqını Müstəqillik Gününün 35-ci ildönümü münasibətilə təbrik edib. Təbrik mətnində iki ölkə xalqının tarixi taleyinin bir-biri ilə sıx bağlı olduğu vurğulanıb.
“Xalqlarımızı əsrlər boyu davam edən ənənələr və ortaq qələbələrin, çətin sınaqların xatirəsi bağlayır”, – deyə müraciətdə qeyd olunub.
Lukaşenko geosiyasi dəyişikliklərə baxmayaraq, belarusluların və ukraynalıların gələcək nəsillərinin əbədi dostluqlarını, ailə bağlarını qoruyub saxlayacaqlarına əminliyini bildirib. O, həmçinin Minsklə Kiyevin etimad, hörmət və bərabərlik prinsiplərinə əsaslanan qarşılıqlı faydalı əməkdaşlığı bərpa edəcəyini ümid etdiyini və Belarusun xoş niyyətlə gələn hər bir ukraynalı üçün açıq olduğunu əlavə edib.
İzmedia.az
![]()

