Peskov: “Ermənistan KTMT-dən çıxmaqda sərbəstdir”

1 Min Read

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması ehtimalı və ölkənin Avropa İttifaqına (Aİ) inteqrasiya addımları ilə bağlı diqqətəşayan bəyanatlar verib.

Ermənistanın Baş naziri Nikol Paşinyanın Yerevana KTMT-dən kənarlaşdırılacağı təqdirdə bunun məqbul olacağı barədə fikirlərini şərh edən Peskov bildirib ki, əgər Yerevan milli maraqlarına görə bu regional təhlükəsizlik alətinə ehtiyac görmürsə, təşkilatdan çıxmaqda tam sərbəstdir. Bununla belə, Kremlin sözçüsü indiyədək Ermənistan rəsmilərinin üzvlüyü dondursalar da, qurumdan rəsmən çıxmaq planlarının olmadığını bəyan etdiklərini xatırladıb.

Avrasiya İqtisadi Birliyi və Aİ ziddiyyəti

Peskov həmçinin Ermənistanın Aİ-yə üzvlük istiqamətindəki cəhdlərinin Avrasiya İqtisadi Birliyi (AİB) çərçivəsində dərin hüquqi və iqtisadi ziddiyyətlər yaradacağını vurğulayıb:

  • Standartların toqquşması: Aİ standartlarına keçid ticarət, fitosanitar və gömrük sahələrində AİB qaydaları ilə birbaşa ziddiyyət təşkil edəcək.

  • Zərər Yerevana dəyəcək: Kremlin nümayəndəsi bu ziddiyyətlərin ilk növbədə Ermənistan iqtisadiyyatına zərbə vuracağını diqqətə çatdırıb.

  • Uzun sürən proses: Aİ-yə inteqrasiya niyyətlərinə toxunarkən Peskov Türkiyə daxil olmaqla digər namizəd ölkələrin onilliklər boyu gözləmə zalında qaldığını misal gətirib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş