Pekin: İran nüvə silahı hazırlamır, ABŞ və İsrail zərbələri dayandırmalıdır

1 Min Read

 İran nüvə silahı hazırlamır və Pekin ABŞ və İsrailin hərbi əməliyyatları dərhal dayandırmasında israr edir.

İzmedia.az xəbər verir ki, bunu Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning deyib.

Diplomatın sözlərinə görə, Tehran nüvə silahı inkişaf etdirmək niyyətində olmadığını dəfələrlə təsdiqləyib və bu yaxınlarda ABŞ ilə ciddi və səmimi danışıqlar aparıb. O qeyd edib ki, beynəlxalq nüvə silahının yayılmaması rejiminin qorunması, eləcə də Yaxın Şərqdə və dünyada sülh və sabitliyin təmin olunması üçün hərbi əməliyyatlara dərhal son qoyulmalı, dialoq və danışıqlar mümkün qədər tez bərpa edilməlidir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş