“CBS News” telekanalının yaydığı məlumata görə, Nepalda baş verən şiddətli daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 18 nəfər həyatını itirib, 380-dən çox insan isə itkin düşüb. İtkin düşənlər arasında 291 xarici turist var.
Axtarışda olan əcnəbilərin 142-si Hindistan, 17-si Malayziya, 12-si Böyük Britaniya, 8-i Cənubi Koreya, 4-ü Cənubi Afrika Respublikası, 3-ü ABŞ, 1-i Avstraliya və 1-i Niderland vətəndaşıdır.
Məlumata görə, itkin düşmüş daha 111 nəfərin, eləcə də həlak olan 18 şəxsin vətəndaşlığı hələlik dəqiqləşdirilməyib. Ərazidə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
İzmedia.az
![]()

