Ukrayna Prezident Administrasiyasının rəhbəri Kirill Budanov ölkəsinin 2026-cı ildə daha az “Patriot” zenit-raket kompleksi raketləri alacağını bəyan edib.
Budanov bu sistemin hazırda ballistik raketləri effektiv şəkildə zərərsizləşdirə bilən yeganə silah növü olduğunu vurğulayıb:
“Rəqəmlər açıqlamayacağam, çünki düşmənə üstünlük vermək və ya tərəfdaşlarımıza qarşı ədalətsizlik etmək istəmirəm. Lakin bildirim ki, 2026-cı ildə alacağımız raketlərin sayı 2025-ci ildəkindən az olacaq. Təchizat müntəzəm şəkildə davam etsə də, bu həcm Rusiyanın hücumlarının tempinə tab gətirmək üçün kifayət etmir.”
İzmedia.az
![]()

