Rusiya və Ukrayna gecə saatlarında bir-birinə zərbələr endirib

1 Min Read

Gecə saatlarında Rusiya və Ukrayna bir-birinin ərazisinə qarşılıqlı zərbələr endiriblər.

UNIAN agentliyinin məlumatına görə, Rusiya Zaporojye, Nikolayev və Pavloqrad şəhərlərini hədəfə alıb. Hücumlar nəticəsində Zaporojyedə 5 nəfər həlak olub, daha 20 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Öz növbəsində, TASS agentliyi xəbər verir ki, Voronej vilayətində “Wildberries” şirkətinin logistika obyektləri təxliyə edilib. Pilotsuz uçuş aparatının (PUA) düşməsi nəticəsində iri şirkətin iki anbarında yanğın baş verib. Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş