Nepalda Himalay buzlaqlarının çökməsi nəticəsində yaranan fəlakətli daşqınlar və torpaq sürüşmələri zamanı həlak olanların sayı kəskin artaraq 270-ə çatıb. BBC və beynəlxalq agentliklərin verdiyi məlumata görə, Nepal polisi fəlakət bölgəsindən 270 nəfərin cəsədinin çıxarıldığını təsdiqləyib.
Nepal-Çin (Tibet) sərhəd zonasına düşən Rasuva və Nuvakot rayonlarında yüzlərlə ev, körpü və infrastruktur obyektləri tamamilə sular altında qalıb və ya dağılıb.
Axtarış-xilasetmə tədbirləri davam etdirilsə də, 1200-dən çox şəxsin hələ də itkin düşdüyü bildirilir. İtkin düşənlər arasında yerli sakinlərlə yanaşı, regionda olan yüzlərlə xarici turist və zəvvar da var. Ölənlərin və itkin düşənlərin sayının daha da artacağı istisna edilmir.
İzmedia.az
![]()

