Kanadada kiçik təyyarə avtomobillərin üzərinə düşüb: Bir nəfər həlak olub

1 Min Read

Kanadanın Britaniya Kolumbiyası əyalətində göyərtəsində 8 nəfər olan kiçik iki mühərrikli təyyarə magistral yola təcili eniş edərkən avtomobillərlə toqquşub. “CBC” telekanalının verdiyi məlumata görə, hadisə nəticəsində maşınlardan birində olan qadın yerindəcə həlak olub.
Kanada Nəqliyyat Təhlükəsizliyi Şurasından bildirilib ki, insidentə təyyarənin mühərriklərindən birində yaranan nasazlıq səbəb olub. Pilot təyyarəni Prins Corc şəhəri yakınlığındakı avtomobil yoluna endirməyə cəhd edib. “Bild” nəşri qeyd edir ki, sürücülər aşağı hündürlükdən gələn təyyarəni vaxtında fərq edə bilməyiblər və nəticədə təyyarənin qanadı bir neçə avtomobilə çırpılıb.
Qəzadan sağ çıxan sürücülərdən biri Ceymi Poliuk hadisə anını belə təsvir edib:
“Təyyarə qəfil düz başımın üstündə peyda oldu. Manevr edib kənara çəkilməyə çalışsam da, qanad avtomobilin damını tamamilə qopardı.”
Həlak olan Aleks adlı qadının qəza zamanı avtomobildə qızı Cozi ilə birlikdə olduğu bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş