Kiyev həyəcan təbili çalır: Rusiya raketlərində Amerika komponentlərinin payı rekorda çatıb

1 Min Read

Ukrayna Prezidentinin sanksiyalar siyasəti üzrə komissarı Vladislav Vlasyuk TSN-ə açıqlamasında bildirib ki, Rusiya ballistik raketlərində Amerika mikroelektronikasının payı tammiqyaslı müharibənin başlanğıcından bəri ən yüksek səviyyəyə çatıb.
Vlasyuk vurğulayıb ki, ABŞ istehsalı olan mikrosxemlər və elektron komponentlər Rusiyanın ballistik raket istehsalının əsasını təşkil etməkdə davam edir.
Mövcud problemi aradan qaldırmaq üçün Ukrayna rəsmisi ABŞ-yə işgüzar səfər planlaşdırdığını elan edib. Səfərin əsas məqsədi Vyetnam, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə kimi üçüncü ölkələrdən keçən təchizat zəncirini birdəfəlik kəsməyə imkan verəcək xüsusi məhdudlaşdırıcı qanun layihəsini təşviq etməkdir.
Bundan əlavə, Kiyev sentyabr ayında Avropa İttifaqına “müvəqqəti sanksiyalar paketi” təqdim etməyi planlaşdırır. Bu təşəbbüs bilavasitə ballistik raketlərin istehsalı ilə məşğul olan Rusiya müəssisələrinə və onlara dəstək verən şirkətlərə hədəfli, ağır zərbə vurmağı nəzərdə tutan “anti-ballistik məhdudiyyətlər” kompleksindən ibarətdir.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş