İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf “X” (Twitter) sosial şəbəkəsindəki hesabında Çin Xarici İşlər Nazirliyinin ABŞ-ın İrana qarşı tətbiq etdiyi birtərəfli və qanunsuz sanksiyaları rədd edən bəyanatını məmnunluqla qarşıladığını bildirib.
Qalibaf Tehran ilə Pekin arasındakı strateji əlaqələrin möhkəm əsaslara söykəndiyini vurğulayıb:
“İran və Çin arasında hərtərəfli strateji tərəfdaşlıq qarşılıqlı hörmətə, qarşılıqlı faydalı əməkdaşlığa və çoxqütblü dünyanın ortaq vizyonuna əsaslanır. Bu münasibətlər heç kimin icazəsini tələb etmir.”
Xatırladaq ki, bir qədər əvvəl Çin XİN Vaşinqtonun İranla ticarət edən üçüncü ölkələrə qarşı sanksiya hədələrinə cavab olaraq, BMT Təhlükəsizlik Şurasının qərarı olmadan tətbiq edilən birtərəfli məhdudiyyətləri qanunsuz adlandırmış və öz şirkətlərinin qanuni hüquqlarını qoruyacağını bəyan etmişdi.
İzmedia.az
![]()

