Rusiya Prezidenti Vladimir Putin Nepal Prezidenti Ram Çandra Paudelə və Baş nazir Balendra Şaha ölkənin şimalında baş verən dağıdıcı daşqınlar nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı məktubu ünvanlayıb.
Kremlin rəsmi saytında dərci olunan mətnə əsasən, Rusiya dövlət başçısı qeyd edib:
“Ölkənizin şimal bölgələrində baş verən sel və daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və ağır dağıntılarla bağlı dərin hüznlə başsağlığı verirəm. Dost Nepal xalqının kədərini bölüşürük. Həyatını itirənlərin ailələrinə və yaxınlarına səmimi başsağlığımı, eləcə də bu təbii fəlakətdən zərər çəkənlərin hamısına tezliklə sağalma arzularımı çatdırın.”
Fəlakət çərşənbə günü səhər saatlarında Nepal-Çin sərhədində, Rasuvaqadi keçid məntəqəsindən təxminən 20 kilometr məsafədə buzlaq çökməsi və torpaq sürüşməsi nəticəsində baş verib. Axtarış-xilasetmə qrupları indiyədək 270 nəfərin cəsədini aşkar edib, 800-dən çox şəxs isə hələ də itkin düşmüş hesab olunur.
İzmedia.az
![]()

