Latviyanın Baş naziri Evika Siliņa bütün kabineti ilə birlikdə istefa verdiyini açıqlayıb. Bu barədə o, LSM telekanalına jurnalistlərlə keçirdiyi brifinqdə məlumat verib.
“İstefa verirəm, amma təslim olmuram və getmirəm. Mən və ‘Yeni Birlik’ partiyası Latviya xalqına və Avropa dəyərlərini müdafiə etdiyimiz hər kəsə verdiyimiz vədləri yerinə yetirməyə davam edəcəyik”, – deyə o bildirib.
Siliņa rəqiblərini “siyasi qısqanclıqda və dar partiya maraqlarında” ittiham edərək, onların dövlət məsuliyyətindən daha çox şəxsi siyasi maraqları üstün tutduqlarını qeyd edib.
“Bəzi siyasətçilər müdafiə naziri vəzifəsinə güclü namizədin irəli sürülməsi ilə bağlı yaranan vəziyyəti hökumət böhranına çevirdilər”, – deyə o əlavə edib.
Keçmiş baş nazir vurğulayıb ki, onun əsas məqsədi ölkənin inkişafı, vətəndaşların rifahı və təhlükəsizliyi olub: “Uşaqlarımız öz evlərini, ölkələrini – Latviyanı qiymətləndirməlidirlər. Partiyalar və koalisiyalar dəyişə bilər, amma Latviya və onun insanları qalır”.
İzmedia.az
![]()

