Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə Ukrayna münaqişəsinin həlli ilə bağlı nə Kiyevdən, nə də onun Qərb tərəfdaşlarından hər hansı yeni danışıqlar təklifinin daxil olmadığını bildirib.
Zaxarova vurğulayıb ki, Moskva ilə təmas qurmaq üçün mövcud olan rəsmi kanallar vasitəsilə heç bir konkret layihə təqdim edilməyib:
“Ukrayna tərəfindən heç bir yeni razılaşma təklifi alınmayıb. Xatırladım ki, ötən ilin sonunda Ukrayna tərəfi heç bir aydın izahat vermədən birtərəfli qaydada İstanbul formatı çərçivəsində müzakirələrdən imtina etdi. Təkrar edirəm ki, bu mövzu ilə bağlı mövcud rabitə kanalları vasitəsilə nə Kiyevdən, nə də onun Qərb idarəçilərindən heç bir rəsmi təklif daxil olmayıb.”
Diplomat əlavə edib ki, Rusiya dialoq üçün açıq olsa da, təşəbbüssüzlük və İstanbul razılaşmalarından birtərəfli imtina prosesin bərpasına mane olur.
İzmedia.az
![]()

