ABŞ hərbçiləri Texas sərhədində kartelə məxsus 3 PUA-nı lazerlə zərərsizləşdirib

1 Min Read

“Reuters” agentliyinin ABŞ hərbi rəsmilərinə istinadən verdiyi məlumata görə, Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) və ABŞ Şimal Komandanlığı Texasın cənubundakı Rio-Qrande vadisində Meksika narkokartellərinə məxsus 3 pilotsuz uçuş aparatını (PUA) hədəf alıb.
Əməliyyat zamanı ABŞ ordusunun çoxməqsədli yüksək enerjili lazer sistemi (AMP-HEL) tətbiq olunub.
Hərbi idarədən bildirilib ki, kartel şəbəkələri insan qaçaqmalçılığını asanlaşdırmaq və sərhəd mühafizəçilərini izləmək üçün PUA-lardan getdikcə daha çox istifadə edir. Məhz bu səbəbdən həmin dronlar ABŞ hərbi heyəti, Gömrük və Sərhəd Mühafizəsi (CBP) agentləri üçün birbaşa “fiziki təhlükə” yaradıb.
Lazer zərbələrinin tam dəqiq koordinatları və PUA-ların məhz ABŞ, yoxsa Meksika hava məkanında vurulduğu açıqlanmayıb. Meksika Prezidenti Klaudiya Şeynbaum isə daha əvvəl bəyan etmişdi ki, ABŞ-ın Meksika ərazisində birtərəfli qaydada həyata keçirdiyi hər hansı hərbi əməliyyat ölkənin suverenliyinin kobud pozulması kimi qiymətləndiriləcək.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş