Rusiya və ABŞ ikitərəfli biznes və humanitar əlaqələrin inkişaf etdirilməsi, eləcə də amerikalı nümayəndələrin beynəlxalq tədbirlərdə iştirakı üzrə işləri davam etdirmək barədə razılığa gəliblər.
“Roskongress” Fondunun məlumatına görə, məsələ Rusiya Federasiyası Prezidentinin müşaviri Anton Kobyakov ilə Rusiyadakı Amerika Ticarət Palatasının (AmCham Russia) prezidenti Robert Agi arasında keçirilən görüşdə müzakirə olunub. Müzakirə olunan potensial əməkdaşlıq istiqamətlərinə ABŞ təmsilçilərinin İstanbulda keçiriləcək Verona Avrasiya İqtisadi Forumunda, Sankt-Peterburq Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumunda və Gənc Alimlər Konqresində iştirakı daxildir.
A.Kobyakov vurğulayıb ki, “SPIEF 2026” çərçivəsindəki sessiyalar hər iki tərəfdə peşəkar əməkdaşlıq üçün güclü istəyin olduğunu göstərib və indi əsas məqsəd bu impulsu mədəniyyət, elm və təhsil sahələri üzrə genişləndirməkdir.
Ontərəfdən, Robert Agi təşkilatçılara təşəkkür edərək Amerika Ticarət Palatasının bu formatda dialoqları davam etdirməkdə maraqlı olduğunu bildirib. O, yaxın vaxtlarda ABŞ-a səfər edərək tərəfdaşlarına “Roskongress”in tədbirləri və iştirak imkanları barədə məlumat verəcəyini diqqətə çatdırıb.
İzmedia.az
![]()

