“Bloomberg” agentliyinin “Goldman Sachs” analitiklərinə istinadən verdiyi məlumata görə, Hörmüz boğazından tranzit daşınmalarının artması fonunda Fars körfəzindən neft ixracı müharibədən əvvəlki səviyyənin üçdə ikisinə qədər bərpa olunub. Həcmlər hazırda gündəlik təxminən 15-16 milyon barelə çatıb.
Analitiklər bildirirlər ki, ixracın tam bərpa edilməsi üçün boğaz vasitəsilə neft daşınmalarını gündə daha 6-8 milyon barel artırmaq lazımdır.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. İyun ayında tərəflər hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalasa da, iyulun 8-də ABŞ İrana qarşı hücumları bərpa edib. Vaşinqton Tehrani qlobal neft ixracının beşdə birinin keçdiyi Hörmüz boğazı üzrə razılaşmanın şərtlərini pozmaqda ittiham edib.
İzmedia.az
![]()

