İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Hörmüz boğazı səmasında Birləşmiş Ştatlara məxsus “MQ-9 Reaper” kəşfiyyat-zərbə pilotsuz uçuş aparatını (PUA) vuraraq zərərsizləşdirdiyini bildirib.
“Fars” agentliyinin İİKK-nın Mətbuat Xidmətinə istinadən verdiyi məlumata görə, ABŞ ordusuna aid uzaqmənzilli PUA avqustun 31-də Hörmüz boğazı üzərində hərəkətdə olarkən İİKK-nın Hava Hücumundan Müdafiə (HHM) qüvvələrinin zenit-raket kompleksi ilə vurulub.
Məlumatda vurulan pilotsuz aparatın zərbədən sonra Fars körfəzinin sularına düşdüyü qeyd olunur.
İzmedia.az
![]()

