Şengen vizası ilə bağlı xəbərdarlıq: Qayda pozuntusu vizanın ləğvinə səbəb ola bilər

Nərmin
1 Min Read

izmedia.az xəbər verir ki, Şengen vizası alan Rusiya vətəndaşları vizadan istifadə qaydalarını pozacaqları təqdirdə ciddi problemlərlə üzləşə bilərlər.

Rusiya Tur Operatorları Assosiasiyasının (ATOR) vitse-prezidenti Artur Muradyan bildirib ki, xüsusilə Yunanıstan vizası alıb başqa Avropa ölkəsinə gedən turistlərin vizası ləğv oluna bilər.

Onun sözlərinə görə, Avropa sərhəd xidmətləri turistlərin marşrutlarını, aviabiletlərini, hotel bronlarını və hava limanındakı giriş-çıxış möhürlərini diqqətlə izləyir.

Muradyan qeyd edib ki, “əsas qalma ölkəsi” qaydasının pozulması ən ciddi problemlərdən biridir. Yəni şəxs vizanı bir ölkədən alır, lakin daha çox vaxtı başqa Şengen ölkəsində keçirirsə və ya ilk girişini başqa ölkədən edirsə, bu, pozuntu sayılır.

Ekspert xəbərdarlıq edib ki, sistem bu uyğunsuzluğu aşkar edərsə, turistin vizası səfər zamanı dərhal ləğv oluna bilər. Hətta gələcəkdə həmin ölkədən yeni Şengen vizası almaq da çətinləşə bilər.

Turizm şirkətləri səyahətçilərə sənədləri düzgün doldurmağı, vizanı aldıqları ölkədə əsas qalma müddətini keçirməyi və marşrut qaydalarına ciddi əməl etməyi tövsiyə edir.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş