Si Cinpin: “ŞƏT ölkələri BMT-nin nüfuzunu bərpa etmək üçün birgə çalışmalıdır”

1 Min Read
Çin Xalq Respublikasının Sədri Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətləri Birləşmiş Millətlər Təşkilatının (BMT) qlobal nüfuzunu bərpa etmək üçün birgə səylər göstərməyə çağırıb.
Bişkekdə keçirilən “ŞƏT+” sammitində çıxış edən Çin lideri vurğulayıb ki, beynəlxalq münasibətlər sistemində BMT-nin mərkəzi rolu möhkəmləndirilməlidir: “BMT-nin nüfuzunu bərpa etmək, təşkilata yeni həyat vermək lazımdır”.
Si Cinpin əlavə edib ki, qlobal və regional əməkdaşlığı təşviq edən beynəlxalq qurumlar müasir çağırışlara cavab vermək üçün daha sistemli və effektiv fəaliyyət mexanizmləri formalaşdırmalıdırlar.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş