Ermənistanın Baş naziri Nikol Paşinyan Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) “ŞƏT+” formatındakı genişləndirilmiş iclasında çıxış edib.
Baş nazir sentyabrın 1-də təşkilatın sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüş keçirəcəyini bəyan edib. Paşinyanın sözlərinə görə, görüşdə İrəvan və Moskva arasında ikitərəfli münasibətlərin gələcək inkişaf strategiyası ətrafında fikir mübadiləsi aparılacaq.
Öz çıxışında regional və beynəlxalq əməkdaşlıq məsələlərinə toxunan Ermənistan rəhbəri Hindistan və İranla münasibətlərin de-fakto strateji xarakter daşıdığını bildirib. O vurğulayıb ki, hazırda bu tərəfdaşlığın rəsmi sənədləşdirilməsi hüquqi müstəvidə davam etdirilir.
Paşinyan, həmçinin ölkəsinin xarici siyasət prioritetlərinə diqqət çəkərək, Ermənistanın çoxqütblü dunya nizamı vizyonunu tam olaraq bölüşdüyünü və bu istiqamətdə regional təşəbbüslərdə iştirak etməyə hazır olduğunu ifadə edib.
İzmedia.az
![]()

