WSJ: Pit Heqset Yaxın Şərqdəki hərbi missiya müddətini 2027-ci ilə qədər uzadır

1 Min Read
ABŞ-ın Müdafiə naziri Pit Heqset Yaxın Şərqdə yerləşdirilən Amerika qoşunlarının xidmət müddətini gizli şəkildə uzadır. “The Wall Street Journal” (WSJ) qəzetinin mənbələrə istinadən verdiyi məlumata görə, bu addım İrana qarşı hərbi əməliyyatların 2027-ci ilə qədər davam edə biləcəyini göstərir.
Hazırda regionda 50 minə yaxın canlı qüvvə, 19 hərbi gəmi, qırıcı eskadrilyaları, hava hücumundan müdafiə (HHM) hissələri və desant diviziyaları saxlanılır. Məlumata görə, Prezident Donald Tramp Tehrana iqtisadi təzyiqlərin nəticə verəcəyinə inanaraq hərbi əməliyyatları başa çatdırmaq ideyasını şəxsi müzakirələrdə dəstəkləsə də, Pentaqon hərbi variantları açıq saxlamaq üçün mövqelərini möhkəmləndirir.
Missiya müddətinin uzadılması logistika problemlərinə və şəxsi heyətin həddindən artıq yüklənməsinə səbəb olur. Logistik çətinliklər üzündən dənizçilərə bağlama və məktubların çatdırılması, habelə təchizatın yenilənməsi axsayır. HHM qüvvələrinin standart xidmət müddəti 9 aydan 12 aya qədər artırılıb. Münaqişənin əvvəlindən dəniz blokadasında iştirak edən “Spruance” və “Delbert D. Black” esminetslərinin heyətləri aylarla sahilə çıxmadan xidmət edir. Eyni zamanda, 82-ci Hava-Desant Diviziyasının gələn il də bölgədə qalacağı və “Theodore Roosevelt” təyyarədaşıyan gəmisinin döyüş tapşırığının 2027-ci ilin yazına qədər uzadıla biləcəyi bildirilir.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş