BMT-nin Ali Komissarı: “Süni intellekt bəşəriyyətin mövcudluğuna təhlükə yarada bilər”

1 Min Read
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk Cenevrədə İnsan Hüquqları Şurasının 63-cü sessiyasının açılışında çıxış edərək, süni intellektin (Sİ) sürətli inkişafının bəşəriyyətin mövcudluğuna real təhlükə yarada biləcəyini bəyan edib.
Ali Komissar qeyd edib ki, müasir dünyada cəmi bir neçə nəfər internet və süni intellekt texnologiyaları üzərində demək olar ki, məhdudiyyətsiz və mərkəzləşdirilmiş gücə sahibdir.
Volker Türk fəlakətlərin qarşısını almaq üçün çox gec olmadan Sİ sahəsində ciddi təhlükəsizlik tədbirlərinin və “qırmızı xətlər”in müəyyən edilməsinə çağırıb. O vurğulayıb ki, xüsusilə Sİ texnologiyalarına ev sahibliyi edən və onların təchizat zəncirində yer alan ölkələr bu sahədə ümumi təhlükəsizlik çərçivəsi razılaşdırmalıdırlar.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş