“The New York Times” qəzetinin məlumatına görə, ABŞ-ın Missuri ştatının Kanzas-Siti şəhərində keçiriləcək 2026-cı il futbol üzrə dünya çempionatı zamanı İngiltərə milli komandasının təlim-məşq düşərgəsinin yaxınlığında atışma hadisəsi baş verib.
Məlumata əsasən, insident iyunun 6-na keçən gecə qeydə alınıb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları təşviş içində müxtəlif istiqamətlərə qaçan çoxsaylı insanla qarşılaşıblar.
Atışma nəticəsində doqquz nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq yerli xəstəxanalara yerləşdirilib. Bildirilir ki, onların həyatına təhlükə yoxdur.
Polis hadisə ilə bağlı hələlik heç bir şübhəlini saxlamayıb. Hüquq-mühafizə orqanları tərəfindən axtarış tədbirləri davam etdirilir.
Hadisənin başvermə səbəbləri barədə isə hələlik rəsmi məlumat açıqlanmayıb.
Qeyd edək ki, 2026-cı il futbol üzrə dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.
İzmedia.az
![]()

