Avropa Parlamenti və Macarıstan arasında yeni gərginlik: LGBT əleyhinə qanunun ləğvi tələb olunur

1 Min Read
“Euronews”un verdiyi məlumata görə, oktyabr ayında Avropa İttifaqı (Aİ) qurumları ilə Macarıstan arasında yeni qarşıdurma mərhələsi başlayacaq. Avropa Parlamenti Budapeştdən ölkədə qəbul edilmiş LGBT əleyhinə qanunu ləğv etməyi tələb etməyə hazırlanır.
Məlumata əsasən, oktyabrda Avropa Parlamentinin xüsusi missiyası Macarıstanın Aİ normalarına uyğunluğunu qiymətləndirmək üçün ölkəyə səfər edəcək. Missiya nümayəndələri yekun hesabat hazırlamaq məqsədilə vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə görüşlər keçirəcəklər. Hələlik Peter Magyar hökuməti sözügedən qanunu ləğv etməyi planlaşdırmır.
Səfərin əsas məqsədi Aİ Müqaviləsinin 7-ci maddəsinə uyğun olaraq Macarıstana qarşı 2018-ci ildə başlanmış prosedurun dayandırılması üçün şərtlərin olub-olmadığını yoxlamaqdır. Bu prosedur nəzəri olaraq Birlik dəyərlərini pozduğuna görə Budapeştin Aİ Şurasındakı səsvermə hüququndan məhrum edilməsi ilə nəticələnə bilər.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş