“Yevropeyskaya Pravda”nın məlumatına görə, Ukrayna XİN Polşada Avropa həbs orderi əsasında saxlanılan “CEO Club Ukraine”in direktoru Dmitri Karçukla konsulluq əlaqəsi yaratmağa çalışır. Karçuk Almaniyadan 126 min avro dəyərində 171 elektrik velosipedini saxta sənədlərlə mənimsəməkdə şübhəli bilinir.
Lakin Ukrayna biznes ictimaiyyəti onun şəxsi məlumatlarının fırıldaqçılar tərəfindən oğurlandığını bildirir. Hadisə baş verən vaxt Karçukun ağır əməliyyatdan sonra Ukraynada reabilitasiyada olduğu və maşın sürə bilmədiyi sübutlarla təsdiqlənir. Kiyev məsələni xüsusi nəzarətdə saxlayır.
İzmedia.az
![]()

